
“Atletiko” onun transferini bitirmək üzrədir
“Atletiko” PSJ-nin və Cənubi Koreya millisinin yarımmüdafiəçisi Li Kan İnin transferini başa çatdırmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər hazırda razılaşmanın son detallarını müzakirə edirlər. Madrid təmsilçisi transferi yaxın vaxtlarda rəsmiləşdirməyi planlaşdırır.
“Transfermarkt”ın məlumatına əsasən, 24 yaşlı futbolçunun hazırkı bazar dəyəri 28 milyon avrodur.
Li Kan İn 2023-cü ildən PSJ-nin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Yarımmüdafiəçi həmçinin, DÇ-2026-da Cənubi Koreya millisinin heyətində çıxış edib. Onun komandası qrup mərhələsini adlaya bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



