
ABŞ millisinin futbolçusunun cəzası təxirə salındı – Tramp təşəkkür etdi
ABŞ prezidenti Donald Tramp FİFA-ya ölkəsinin milli komandasının hücumçusu Folarin Baloqunun diskvalifikasiyasını ləğv etdiyinə görə təşəkkür edib.
Komanda.az xəbər verir ki, ABŞ millisinin hücumçusu DÇ-2026-nın 1/16 finalında Bosniya bə Herseqovina yığması ilə oyunda (2:0) VAR baxışından sonra birbaşa qırmızı vərəqə almışdı.
Daha sonra məlum olub ki, FİFA Baloqunun avtomatik 1 oyunluq cəzasını təxirə salıb. Bunun sayəsində o, 1/8 finalda Belçika yığmasına qarşı oynaya biləcək. Bu qərar barədə Tramp “Truth Social”da belə yazıb:
“Doğru qərar verib böyük bir ədalətsizliyi aradan qaldırdığı üçün FİFA-ya təşəkkür edirəm!”
ABŞ – Belçika oyunu 7 iyula keçən gecə keçiriləcək və saat 03:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



