
Vinisius “Real”dan getmək istəmir
“Real”ın vingeri Vinisius Junior karyerasını Madrid klubunda davam etdirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun klubla müqaviləsinin müddətinin başa çatmasına bir il qalsa da, o, yeni müqavilə imzalanacağına inanır. Tərəflərin 2026-cı il dünya çempionatından sonra danışıqlara başlayacağı bildirilir.
25 yaşlı forvard 2018-ci ildən “Real”ın formasını geyinir. O, ümumilikdə, Madrid klubunun heyətində bütün turnirlərdə 375 oyuna çıxıb, 128 qol vurub və 100 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



