
İtaliya klubu Qarnaçonu transfer etmək istəyir
“Çelsi”nin vingeri Alexandro Qarnaço hələ də “Napoli”nin maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu argentinalı futbolçunun transferi ilə maraqlanmağa davam edir. “Çelsi” də Qarnaçonu satmağa hazırdır və onun transferindən təxminən 46 milyon avro gəlir əldə etməyi planlaşdırır. Oyunçu ilə həmçinin, “River Pleyt” (Argentina) də maraqlanır.
Qarnaço 2025-ci ilin yayında “Mançester Yunayted”dən “Çelsi”yə transfer olunub və tərəflər müddəti 2032-ci ilin iyun ayınadək olan müqavilə imzalayıb. 22 yaşlı vinger 2025/26 mövsümündə 39 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



