Braziliyalı hücumçu Ançelottini müdafiə etdi

Braziliya millisinin və “Real”ın hücumçusu Rodriqo, yığmanın baş məşqçisi Karlo Ancelotti haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin iş prinsipini hər kəsin tam anlaya bilmədiyini deyib:

“Düşünürəm ki, Ançelotti elə bir insandır ki, bunu ən yaxşı biz – futbolçular başa düşə bilərik. Mətbuatın və komandanı yaxından izləməyən insanların onun qərarlarını əvvəlcədən proqnozlaşdırması çətindir. İnsanlar bəzən bir qərar gözləyirlər, amma o, son anda fərqli seçim edir. Bununla belə, onun hər addımı əvvəlcədən düşünülmüş və məntiqli olur.

Mənim fikrimcə, Ançelotti həm taktiki baxımdan, həm də paltardəyişmə otağını və ümumilikdə komandanı idarə etmək sarıdan yaxşı mütəxəssisdir. O, həmişə nə etdiyini bilir”.

Braziliya millisi DÇ-2026-nın 1/8 final mərhələsində Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button