Gürcülər kimə “balet edəcəyini” bilir, bəs biz?

Rəşad Ergün

Azərbaycanın qonşusu, “qulağımızın dibindəki” Gürcüstan bu gecə PSJ fanatı olacaq. Gürcülərin Avropadakı qüruru Xviça Kvaratsxeliya Fransa klubu ilə UEFA Çempionlar Liqasının finalında “Arsenal”la qarşılaşacaq. PSJ qalib gəlsə, Kvaratsxeliya gənc yaşında ikinci dəfə Çempionlar Liqasının qalibi ola bilər.

Yaxınlarda Gürcüstana qatarla gedib-gəlməyə icazə verildiyi üçün sevincindən papağını göyə fırladan biz azərbaycanlılar isə…

– İllərdir Mahir Emrelinin aşağı səviyyəli klubları əlcək kimi dəyişməsinə, Avropada hər dəfə ayrıldığı komandanın baş məşqçilərini günahlandırmasına;

– Azərbaycan millisinin üzvü, “Qarabağ”la Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası matçları görmüş 25 yaşlı Toral Bayramovun Türkiyənin 1-ci liqa klubu “Bursaspor”a keçməsinə;

– Ölkənin ən yaxşı futbolçularından sayılan Elvin Cəfərquliyevin intizamsızlıqlarına, bitməyən macəralarına;

– Dadaşovların, krivotsyukların və pasportumuzu daşıyan başqa daha bir neçə futbolçunun adı “it dəftəri”ndə olmayan xarici klublardakı sərgüzəştlərinə “balet edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button