
MY və “Yuventus”un “radar”ındadır – Seneqallı futbolçu
“Kristal Pelas”ın hücumameyilli yarımmüdafiəçisi İsmaila Sarr yay transfer dönəmində bir neçə klubun maraq dairəsinə düşüb.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, seneqallı futbolçu uğrunda “Mançester Yunayted” və “Yuventus” bir-birinə rəqib olub.
Sarrın transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Onun “Kristal Pelas”la hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. 28 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə Premyer Liqada 28 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



