
DÇ-2026: Argentina millisinin problemləri
Argentina millisinin çalışdırıcısı Lionel Skaloni və məşqçilər heyəti dünya çempionatı zamanı komandada üzə çıxan problemlərin aradan qaldırılması üzərində işləyir.
Yığma komanda 1/8 finala yüksəlsə də, Kabo-Verde millisi ilə qarşılaşmada ciddi çətinlik yaşayıb. Komanda rəqibini yalnız əlavə vaxtda vurduğu qollar sayəsində 3:2 hesabı ilə məğlub edə bilib.
Komanda.az “Diario Ole”-yə istinadən xəbər verir ki, məşqçilər heyətini ən çox narahat edən məqamlardan biri pressinqin istənilən səviyyədə işləməməsidir. Bundan başqa, topa nəzarət mərhələsində də problemlər müşahidə olunur. Belə ki, argentinalılar çoxlu mövqeli hücumlar qursalar da, komandanın özünəməxsus oyun tempini dəyişmək bacarığı əvvəlki səviyyədə deyil.
Həmçinin, yığmanın Lionel Messinin fərdi ustalığından həddindən artıq asılı olması da əsas problemlərdən biri kimi qiymətləndirilir. Xüsusilə, müdafiəyə çəkilən rəqiblərə qarşı bu asılılıq daha qabarıq şəkildə hiss olunur.
Argentina millisi dünya çempionatının 1/8 final mərhələsində iyulun 7-də Misir yığması ilə üz-üzə gələcək. Oyunun start fiti saat 20:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



