TNS-in baş məşqçisi: “Sabah” düşə biləcək komandalar arasında ən güclüsü idi”

TNS klubunun baş məşqçisi Kreyq Harrison sabah Masazırda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqasının seçmə mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb. 

Komanda.az xəbər verir ki, Harrison Azərbaycan çempionunun “Qarabağ”ı qabaqlaması haqda da danışıb:

“Düşünürəm ki, “Sabah” yəqin ki, düşə biləcəklər arasında ən güclüsü idi. “Qarabağ”ın dominantlığını qırmaq asan məsələ deyil. Səfərdə keçiriləcək ilk oyun bizə müəyyən imkanlar verir: nə etməli olduğumuzu başa düşürük. Rəqibinizi istədiyiniz qədər analiz edə bilərsiz, ancaq səviyyəsini yalnız oyunda görə bilərsiz. İki oyunluq matçda şanslarımızı qorumaq bizim üçün çox vacibdir və onlardan nə tələb olunduğunu bilən təcrübəli oyunçularımız var”.

Oyun iyulun 7-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button