“Real”a 120 milyon avroluq futbolçu təklif edilib

“Real”a “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton təklif olunub.

Komanda.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

London təmsilçisi 22 yaşlı futbolçunu 120 milyon avroya satmağa hazırdır. Ancaq “Real” rəhbərliyi hələlik bu transfer barədə yekun qərar verməyib. Bildirilir ki, Madrid klubunun hazırda daha prioritet transfer hədəfləri var.

Uorton 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə verib. İngiltərəli yarımmüdafiəçinin “Kristal Pelas”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button