Qavi: “Alvaresin arzusu “Barselona”da oynamaqdır”

“Barselona”nın yarımmüdafiəçisi Qavi, “Atletiko”nun hücumçusu Xulian Alvaresin Kataloniya klubuna mümkün transferi barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu “Barselona”da görmək istədiyini bildirib:

“Ümid edirik ki, bu baş verəcək. Düşünürəm ki, Alvares gələcəyinin necə olacağına özü qərar verəcək. Onun arzusu “Barselona”da oynamaqdır. Qoy bu baş versin”.

Alvaresin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 100 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button