
Alonso “Real”ın iki futbolçusunu “gözaltı edib”
“Çelsi”nin baş məşqçisi Xabi Alonso keçmiş klubu “Real”ın yarımmüdafiəçiləri Arda Gülər və Orelyen Tçuameni ilə yenidən çalışmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Enzo Fernandes komandadan ayrılacağı təqdirdə, bu iki futbolçudan birinin transferini istəyəcək. O, hər iki yarımmüdafiəçinin oyun keyfiyyətini yüksək qiymətləndirir.
“Transfermarkt” Gülərin bazar dəyərini 90 milyon, Tçuamenini isə 70 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



