
“Neftçi” bu gün “Partizan”la qarşılaşacaq
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ikinci yoxlama oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” Serbiya təmsilçisi “Partizan”la üz-üzə gələcək. Matç saat 20:00-da start götürəcək.
Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın “ÇFR Kluj” klubuna uduzub – 1:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



