Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı

Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Sahib Məmmədov heyətə 11 futbolçunun adını daxil edib.

Qapıçılar: Elçin Qasımov, Emil Omarov

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

Komanda bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq. B Liqasının B qrupunda yer alan milli iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığmaları ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button