
Haland: “Bu anın dadını çıxarmalıyıq”
Norveç millisinin hücumçusu Erlinq Haland dünya çempionatının 1/8 finalında Braziliya yığması üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Skandinaviya təmsilçisi 2:1 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Qarşılaşmada Norveçin hər iki qolunu Haland vurub.
Komanda.az “AP News”-a istinadən xəbər verir ki, 25 yaşlı forvard bu uğurun Norveçin tarixinə düşəcəyini bildirib:
“Bu uğur Norveçin tarixinə düşəcək. Bu anın dadını çıxarmalıyıq. İnanılmaz bir gündür. Bu hissi qəbul edin və ondan zövq alın”.
Norveç millisi Şimali Amerikada keçirilən dünya çempionatının 1/4 finalında İngiltərə yığması ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda oyun iyulun 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



