
DÇ-2026: Meksika – İngiltərə matçının başlama vaxtı dəyişdirildi
DÇ-2026-nın 1/8 final mərhələsində Meksika və İngiltərə milli komandaları arasında keçiriləcək oyunun başlama vaxtı hava şəraiti səbəbindən bir saat təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Gecikməyə stadion ətrafında ildırım və şimşək təhlükəsi səbəb olub. Qarşılaşmanın start fiti saat 04:00-a planlaşdırılmışdı.
Oyun saat 05:00-da Meksikanın Mexiko şəhərində yerləşən “Mexiko” stadionunda keçiriləcək. Bu, Meksikanın ev sahibliyi etdiyi turnirdə son matç olacaq. Görüşün qalibi 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.
Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



