Haland “Real”a keçidi istisna etmir

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland gələcəkdə “Real”a transfer olunmaq ehtimalını istisna etmir.

Komanda.az xəbər verir ki, bu barədə “Madrid Zone” məlumat yayıb.

Mənbənin iddiasına görə, Haland bu yay “Mançester Siti”ni tərk etməyi planlaşdırmır. Bununla belə, norveçli hücumçu gələcəkdə “Real”ın formasını geyinməyi cəlbedici və tam real variant hesab edir. Futbolçunun İngiltərə klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2034-cü ilin yayına qədərdir.

Haland DÇ-2026-nın 1/8 finalında Braziliya millisi ilə oyunda dubl edərək, Norveçin 2:1 hesablı qələbəsində əsas pay sahibi olub və komandasını 1/4 finala daşıyıb. Skandinaviya təmsilçisi yarımfinal uğrunda İngiltərə millisi ilə qarşılaşacaq.

“Transfermarkt” portalına əsasən, 25 yaşlı hücumçunun hazırkı bazar dəyəri 200 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button