
“Sabah”dan uşaqlar üçün yeni meydança – FOTO
Son mövsümdə Premyer Liqa çempionluğunu qazanan “Sabah” klubunun təşkilatçılığı ilə bu gün yeni uşaq meydançasının açılış mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, İçərişəhərin Dördbucaqlı Qala ərazisində baş tutan açılış mərasimində qoruq əməkdaşları, klub rəsmiləri, valideynlər, uşaqlar və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində, eyni zamanda, İçərişəhər Dövlət Memarlıq Qoruğunun şöbə müdiri Canoğlan İlyasov, sədri Rüfət Mahmud, Ağsaqqal Şurasının sədri Əliheydər Dadaşov və “Sabah” Futbol Akademiyasının koordinatoru Giorgi Minaşvili çıxış edib. Onlar yeni inşa olunan meydança ilə bağlı fikirlərini səsləndiriblər.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



