
Leao İngiltərə klubuna təklif olundu
“Milan”ın vingeri Rafael Leao “Tottenhem”ə təklif olunub.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Milan” portuqaliyalı futbolçunu 60-70 milyon avro qarşılığında satmağa hazırdır və bu təklif “Tottenhem”ə çatdırılıb. Bildirilir ki, daha əvvəl “Qalatasaray” və “Fənərbaxça” Leaonu heyətinə qatmağa çalışsa da, futbolçu hər iki kluba mənfi cavab verib.
Leao daha əvvəl yay transfer pəncərəsində klubunu dəyişmək istədiyini açıqlamışdı.
27 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



