
Totti arılara görə evinə mütəxəssis çağırdı
İtaliyalı sabiq futbolçu Françesko Tottinin villasında böyük arı yuvası aşkarlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Romanın şimalında yerləşən evdə yaranan problemə görə Totti arılarla mübarizə üzrə mütəxəssis Daniel Palmieriyə müraciət edib. Palmieri isə hadisə ilə bağlı görüntüləri sosial media hesabında paylaşıb:
“Çox təvazökar, amma əsl VIP olan bir insanın evində işlədim. Totti həmişə bu təəssüratı yaradırdı və bunu bir daha təsdiqlədi. O, İtaliya futbolunda tarix yazsa da, sadəliyini qoruyub”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



