Qoretskanın “Milan”a keçidi sual atındadır

Almaniyalı yarımmüdafiəçi Leon Qoretskanın “Milan”a keçid ehtimalı xeyli azalıb.

Komanda.az xəbər verir ki, bu barədə “Milan News” məlumat yayıb.

Tərəflər arasında danışıqlar aparılsa da, “Milan” rəhbərliyində və məşqçilər heyətində baş verən dəyişikliklərdən sonra transferin reallaşmaq şansı aşağı düşüb. Hazırda azad agent statusunda olan 31 yaşlı futbolçu ilə “Yuventus” da maraqlanır.

Qoretska son olaraq “Bayern”in formasını geyinib. O, 2025/26 mövsümünün başa çatmasından sonra Münhen klubundan ayrılıb.

“Transfermarkt” portalı almaniyalı yarımmüdafiəçinin bazar dəyərini 12 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button