Alleqridən “Leççe” ilə oyun haqda açıqlama

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 21-ci turunda “Leççe” üzərində qazanılan minimal hesablı qələbədən (1:0) sonra oyunun həlledici məqamları barədə danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Leççe”nin rəqiblərini tez-tez oyundankənar vəziyyətə salan komandalardan olduğunu və “Milan”ın hücumçularının bu matçda dəfələrlə ofsayda düşdüyünü bildirib:

“Statistikaya baxdım – “Leççe”nin buraxdığı qolların demək olar ki, yarısı son 15 dəqiqədə baş tutub. Bu, komandanın yaxşı işlədiyini, amma matçın sonlarında fiziki baxımdan yorulduğunu göstərir”.

“Milan”ın baş məşqçisi oyunun gedişində beş əvəzetmə etmək imkanının ona ciddi şəkildə kömək etdiyini də vurğulayıb.

“Qırmızı-qaralar” doğma meydanda çətin qələbə əldə edib. Matçda yeganə qolu Niklas Fullkruq vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button