
Varqas “Neftçi”nin futbolçusu oldu – Rəsmi
“Neftçi” Freddi Varqası transfer edib.
Bu barədə Komanda.az-a klubdan məlumat verilib.
Venesuela milli komandasının futbolçusu ilə 2+1 illik müqavilə bağlanıb.
Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



