
“Şəfa” qvineyalı futbolçu ilə müqavilə imzaladı
“Şəfa” daha bir futbolçu transferini reallaşdırıb.
Komanda.az kluba istinadən xəbər verir ki, qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.
30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi “Vintertur”da çıxış edib. O, karyerası ərzində Belçikanın “Patro Eysden”, “KMSK Deynze”, “La Luvyer”, Fransanın “Vol-an-Velen” və “Vaskal” klublarının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



