
“Mançester Siti”dən ayrılan müdafiəçi “Çelsi”yə keçə bilər
“Çelsi” heyətini 32 yaşlı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu azad agent statusunda olan Con Stounzun transferini nəzərdən keçirir. İngiltərəli müdafiəçi yay transfer dönəmi üçün “Çelsi”nin əsas namizədləri siyahısına daxil edilib.
Londonlular komandaya daha çox təcrübəli futbolçular cəlb etmək niyyətindədir.
Stounz ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb. O, Premyer Liqanın son mövsümündə 9 oyunda meydana çıxıb. Müdafiəçi 2026-cı il dünya çempionatında İngiltərə millisinin heyətində 5 matçda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



