Tramp İnfantinonu BMT-nin baş katibi etmək istəyir

ABŞ Prezidenti Donald Tramp FİFA-nın rəhbəri Canni İnfantinonu BMT-nin baş katibi vəzifəsinə namizəd göstərmək niyyətindədir.

Komanda.az “The New York Post” nəşrinə istinadən xəbər verir ki, Tramp ABŞ-də keçirilən futbol üzrə dünya çempionatı zamanı İnfantino ilə yaxın münasibət qurub və onun insanları bir araya gətirmək bacarığını yüksək qiymətləndirib.

O, İnfantinonun 2027-ci ilin əvvəlindən bu vəzifəyə başlamasını istəyir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının 15 üzvündən azı 9-nun dəstəyi tələb olunur. Daimi üzvlərdən hansısa birinin veto hüququ isə namizədliyin təsdiqlənməsinə mane ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button