“Dörd ildən sonra nə olacağını demək çətindir”

İngiltərə millisinin hücumçusu Harri Keyn 2030-cu il dünya çempionatında iştirak etmək ehtimalı barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 32 yaşlı forvard “Bayern&Germany” nəşrinə açıqlamasında gələcəklə bağlı dəqiq proqnoz verməyin mümkün olmadığını bildirib:

“Karyeramın ən yaxşı mövsümünü keçirdim. İndi demək olar ki, 33 yaşım var. Dörd ildən sonra nə olacağını demək çətindir. Bu, uzun müddətdir. İngiltərə millisində çıxış etmək mənim üçün ən böyük motivasiyadır. Bu komandanın formasını geyinməkdən qürur duyuram. Addım-addım irəliləməyə davam edəcəm”.

Keyn 2026-cı il dünya çempionatında 6 qolla yadda qalıb. Onun komandası üçüncü yer uğrunda oyunda Fransa millisini 6:4 hesabı ilə məğlub edərək, mundialın üçüncüsü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button