
“Real”ın futbolçusu əzələ gərginliyi səbəbindən məşqə çıxmadı
“Real”ın qapıçısı Andrey Lunin əzələ gərginliyi səbəbindən komandanın məşqində iştirak etməyib.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Arança Rodriges sosial şəbəkə hesabında məlumat yayıb.
Madrid təmsilçisi iyulun 24-də “Alkorkon”la yoxlama oyunu keçirəcək. Gözləntilərə görə, ukraynalı qolkiper həmin matça qədər tam bərpa olunacaq və meydançaya çıxa biləcək.
Lunin ötən mövsüm “Real”ın heyətində 12 oyunda forma geyinib. O, bu qarşılaşmalarda 21 qol buraxıb, bir matçda isə qapısını toxunulmaz saxlayıb. “Kral klubu” ötən mövsüm La Liqanı turnir cədvəlinin 2-ci pilləsində başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



