İtaliya klubu Qarnaçonu icarəyə götürmək istəyir

“Çelsi”nin cinah oyunçusu Alexandro Qarnaço karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” argentinalı futbolçu ilə maraqlanır. İtaliya klubu onu 5 milyon avro qarşılığında bir illik icarəyə götürmək, daha sonra isə 35 milyon avroya transfer etmək hüququ əldə etmək istəyir.

Oyunçunun özünün də digər variantlarla yanaşı, “Roma”ya keçidi müsbət dəyərləndirdiyi bildirilir.

Qarnaço 2025/26 mövsümündə “Çelsi”nin heyətində 24 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button