
“Çempionlar Liqasını qazanmaq növbəti hədəfimizdir”
İspaniya millisinin və “Barselona”nın müdafiəçisi Erik Qarsiya dünya çempionu olduqdan sonra növbəti məqsədindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Çempionlar Liqasını qazanmaq Lamin Yamal, Dani Olmo, Pedri və Qavi ilə növbəti hədəfimizdir”.
Qarsiya 2026-cı il dünya çempionatında debütünü Argentina millisinə qarşı final oyununda edib. O, 99-cu dəqiqədə meydana daxil olub. İspaniya yığması əlavə vaxtda Ferran Torresin qolu sayəsində 1:0 hesablı qələbə qazanaraq, dünya çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



