“İspanlar digər liqalardakı futbolçulardan taktiki və texniki cəhətdən üstündürlər”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill İspaniya millisinin 2026-cı il dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu yığmanı ən güclü komanda adlandırıb:

“İspaniyada təkcə fərdi baxımdan ən yaxşı futbolçular deyil, həm də ən güclü komanda var. Onların əla sistemi mövcuddur. Digər liqalarda oynayan futbolçulardan taktiki və texniki cəhətdən üstündürlər. Bu da beynəlxalq oyunlarda özünü göstərir”.

İspaniya millisi dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək, çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button