
Torres Flikdən narazıdır
“Barselona”nın hücumçusu Ferran Torres komandanın baş məşqçisi Hans-Diter Flikin ötən mövsüm ona qarşı ədalətsiz davrandığını hesab edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı forvard ötən mövsüm “Barselona”nın əsas heyətində daha müntəzəm yer almağa layiq olduğunu düşünür. O, hesab edir ki, Robert Levandovskidən daha yaxşı çıxış edib və komandanın əsas hücumçusu məhz özü olmalı idi. Bu səbəbdən, o, Flikin qərarlarından narazı qalıb.
Levandovski artıq “Barselona”dan ayrılıb. Torresin gələcəyi isə hələ də qeyri-müəyyəndir. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti bir ildən sonra başa çatacaq. Bununla belə, yayılan məlumatlara görə, klub rəhbərliyi ispaniyalı futbolçu ilə yeni müqavilənin imzalanması üçün danışıqlar aparmağı planlaşdırır.
Bizi Facebook-da izləyin



