İngiltərə klubu Kamavinqa üçün hərəkətə keçib

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa “Mançester Yunayted”in transfer hədəfinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu artıq fransalı futbolçu ilə maraqlandığını Madrid klubuna çatdırıb. Kamavinqanın hazırda “Real”da satılması mümkünsüz futbolçular siyahısında yer almadığı bildirilir.

23 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə La Liqada 29 oyunda 1 qol vurub. O, Çempionlar Liqasında isə 11 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” oyunçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button