Neymar karyerasını bitirir?

“Santos”un hücumçusu Neymar yaxın vaxtlarda peşəkar futbolçu karyerasını başa vura bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Hər şey 34 yaşlı futbolçunun Braziliya çempionatında mövsüm başa çatdıqdan sonra doğma klubunu tərk edəcəyini göstərir. Neymar dekabra qədər nəzərdə tutulan hazırkı müqaviləsinin müddətini başa vuracaq. Bundan sonra o, ya başqa kluba keçəcək, ya da futbolçu karyerasını bitirəcək.

Braziliyalı forvard ötən ilin əvvəlində “Santos”a qayıdıb. O, daha əvvəl “Barselona”, PSJ və “Əl-Hilal”ın da formasını geyinib.

Neymar 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində iki oyuna çıxıb və bir qol vurub.

“Santos” hazırda Braziliya çempionatında 19 turdan sonra turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button