“Qalatasaray” ukraynalı hücumçu ilə maraqlanır

Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Fotomaç” nəşri məlumat yayıb.

“Qalatasaray” 20 yaşlı forvardın xidmətində maraqlıdır. Türkiyə təmsilçisi Ponomarenkonu nigeriyalı hücumçu Viktor Osimhenə alternativ variant kimi nəzərdən keçirir. Bildirilir ki, “Qalatasaray” ukraynalı futbolçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək niyyətindədir.

Matvey Ponomarenko ötən mövsüm “Dinamo”nun ən məhsuldar futbolçusu olub. O, 27 oyunda 17 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button