
“Komo” İtaliya millisinin üzvünü transfer etmək istəyir
“Komo” “Fiorentina”nın hücumçusu Moyze Kinin transferində maraqlıdır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında debüt etməyə hazırlaşan “Komo” 26 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Bununla belə, “Fiorentina” ilə rəsmi danışıqlara hələ başlanılmayıb.
İtaliya millisinin üzvünün Florensiya təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. O, ötən mövsüm A Seriyasında keçirdiyi 26 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



