Riberi İtaliya klubu ilə anlaşdı – 2 illik müqavilə+4 milyon avro

Hazırda azad agent olan Frank Riberi karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi “Fiorentina” ilə anlaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Riberinin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

İtaliya mətbuatının xəbərinə görə, Riberi “Fiorentina”da illik 4 milyon avro qazanacaq.

Riberi rəsmi “instagram” hesabında şəklini paylaşaraq, “yeni macəraya hazırlıq” qeydini edib.

Karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Bavariya” kimi klublarda forma geyinən Riberi, iyulun 1-dən azad agent statusu daşıyır.