“Tarixin ən yaxşı Argentina millisinin bir hissəsi olmaq böyük şərəf idi”

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes dünya çempionatındakı çıxışla bağlı sosial media hesabında paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları yazıb:

“Təşəkkür edirəm, Argentina! Əbədi sevgi! Bu komandada əməyi olan hər kəsə təşəkkür edirəm. Tarixin ən yaxşı Argentina millisinin bir hissəsi olmaq mənim üçün böyük şərəf idi”.

Argentina millisi dünya çempionatını gümüş medalla başa vurub. Komanda finalda əlavə vaxtda Ferran Torresin vurduğu qolla İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button