
DÇ-2026: “Futbolçularımı qınamağa heç bir əsasım yoxdur”
Meksika millisinin baş məşqçisi Xavyer Aqirre dünya çempionatının 1/8 finalında İngiltərə yığmasına məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Mundialın ev sahiblərindən biri olan Meksika millisi 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meksikalı mütəxəssis komandanın əlindən gələni etdiyini bildirib:
“Komanda əlindən gələni etdi. Futbolçularımı qınamağa heç bir əsasım yoxdur. Qarşımızda çox güclü rəqib var idi. Belə səviyyəli oyunlarda səhvlərə yol vermək olmaz. Əvəzetmələrlə risk etdik, say üstünlüyündən yararlanmaq istədik, amma alınmadı. Dəstəyə görə hər kəsə təşəkkür edirəm”.
İngiltərə millisi bu qələbə sayəsində dünya çempionatının 1/4 finalına yüksəlib. Komanda növbəti mərhələdə Norveç yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



