“Qalatasaray”da Muslera şoku

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera uzun müddətə sıradan çıxıb.

O, Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində qarşılaşdıqları “Rizəspor”la səfər oyununda ağır zədə alıb. Uruqvay millisinin üzvü matçın 15-ci dəqiqəsində rəqib hücumçu Milan Şkoda ilə toqquşma zamanı xəsarət alıb. Tibbi personalın köməyi ilə meydanı tərk edən təcrübəli qapıçı xəstaxanaya aparılıb.

Ətraflı müayinələrdən sonra Musleranın sağ ayağında iki yerdə qırıq aşkarlanıb. 33 yaşlı qolkiperin təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

“Qalatasaray” 0:2 hesabıyla məğlub olduğu bu oyunda daha bir futbolçusunu – Florin Andoneni də itirib. Rumıniyalı hücumçu isə matçın 70-ci dəqiqəsində sağ ayağından aldığı zədə səbəbindən 72-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. 27 yaşlı futbolçunun da zədəsinin ciddi olduğu bildirilir. İngiltərənin “Brayton” klubundan icarəyə götürülən forvard bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button