
“Real” Dumfrisin transferini rəsmiləşdirib
“İnter”in müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun “Real”a transferi artıq tam şəkildə yekunlaşıb.
Bildirilir ki, “Real” Dumfris üçün müqaviləsində göstərilən 20 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirib. Müdafiəçi ilə bağlanan sözləşmənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Niderlandlı oyunçu 2021-ci ildən “İnter”in şərəfini qoruyurdu. O, Milan təmsilçisinə PSV-dən transfer olunmuşdu.
Dumfris ötən mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



