
“Messi inanılmaz dərəcədə rəqabətcil və güzəştsiz insandır”
“Barselona”nın sabiq futbolçusu Jordi Alba, keçmiş komanda yoldaşı Lionel Messinin xarakterindəki ən mühüm xüsusiyyətlərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, vaxtilə həm “Barselona”da, həm də “İnter Mayami”də Messi ilə birlikdə çıxış etmiş Alba, argentinalı oyunçunun qeyri-adi rəqabət ruhuna malik olduğunu bildirib:
“Messi inanılmaz dərəcədə rəqabətcil və güzəştsiz insandır. Ola bilsin ki, siz bunu televizorda görmürsüz. Ancaq onunla gündəlik həyatda ünsiyyətdə olanda 8 dəfə “qızıl top” qazanmasının səbəbini anlayırsız. O, mübarizə və qələbə qazanmaq ehtirası ilə yaşayır”.
Messi hazırda karyerasındakı altıncı dünya çempionatına hazırlaşır. Argentina millisinin və “İnter Mayami”nin oyunçusu üç həftədən sonra 39 yaşını tamamlayacaq.
Bizi Facebook-da izləyin



