Yankoviç: “Qarabağ”dakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib”

Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç “Qarabağ”dakı gələcəyi barədə danışıb.

Komanda.az xəbər verir ki, “vijesti.me” portalına danışan futbolçu bunu deyib:

“Klubdakı gələcəyimlə bağlı hələlik heç nə dəyişməyib. Müqaviləmin bitməsinə bir il qalıb. Hazırda “Qarabağ”dayam. Transfer bazarında nəsə baş verə bilər, amma bu məni narahat etmir. Slovakiya ilə qarşıdakı yoxlama oyununda yaxşı oynamağa diqqət yetirirəm. Sonra yaxşı istirahət edəcəm və bundan sonra necə olacağını görəcəyik”.

30 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button