
“Barselona” Kanselo ilə anlaşıb
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsus olan portuqaliyalı müdafiəçi Joao Kanselo karyerasını yenidən “Barselona”da davam etdirməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən mövsümün ikinci yarısını icarə əsasında Kataloniya təmsilçisində keçirən 32 yaşlı futbolçu “Barselona”nın təklifini qəbul edib. Tərəflər əməkdaşlığın bütün şərtləri üzrə razılığa gəliblər.
Kanselonun yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. İndi isə “Barselona” transferin rəsmiləşməsi üçün “Əl-Hilal”la razılıq əldə etməlidir. Səudiyyə Ərəbistanı klubu hələlik bu məsələ ilə bağlı yekun cavab verməyib.
“Transfermarkt” portalı müdafiəçinin dəyərini 9 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



