
PSJ “Barselona”nın ən dəyərli futbolçularından birini istəyir
PSJ “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi heyətinə qatmaq niyyətindədir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi olan Paris təmsilçisi ispaniyalı futbolçunun transferi ilə yaxından maraqlanır. Klubun rəhbərliyi yay transfer pəncərəsində bu keçidi reallaşdırmaq üçün addımlar atmağı planlaşdırır.
Transferin rəsmiləşdirilməsi 2026-cı il dünya çempionatından sonra baş tuta bilər.
23 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir. Bu səbəbdən, Kataloniya klubu futbolçunu asanlıqla buraxmaq niyyətində deyil.
“Transfermarkt”ın qiymətləndirməsinə görə, Lopesin bazar dəyəri hazırda 100 milyon avro təşkil edir. Bu da onu “Barselona”nın ən dəyərli oyunçularından birinə çevirir.
Bizi Facebook-da izləyin


