
“Tottenhem”dən braziliyalı futbolçunun transferi üçün ilk addım
“Tottenhem” “Mançester Siti”nin vingeri Savionun transferi üçün ilkin addımlar atıb.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu London klubunun baş məşqçisi Roberto De Zerbinin əsas transfer hədəflərindən biridir.
Hazırda tərəflər arasında danışıqlar erkən mərhələdədir. Bildirilir ki, “Mançester Siti” futbolçu üçün təxminən 70 milyon avro tələb edə bilər. Həmçinin, daha əvvəl yayılan xəbərlərə əsasən, Savionun “Tottenhem”ə keçməyə müsbət yanaşdığı iddia olunur.
Braziliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



