Bernardo Silva yeni klubunu seçib

Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını davam etdirmək üçün əsas variantını müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Barselona”ya keçidi prioritet hesab edir.

Portuqaliyalı yarımmüdafiəçinin xidmətində həmçinin, “Real” və “Atletiko” da maraqlıdır. Buna baxmayaraq, oyunçunun ilk seçimi Kataloniya təmsilçisidir.

Silva bu yay 2017-ci ildən formasını geyindiyi “Mançester Siti”dən ayrılacaq. “Transfermarkt” portalı onun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

O, ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button