“İlk qələbəmiz tarixi idi, ikincisi isə əfsanəvi oldu”

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın UEFA Çempionlar Liqasında ardıcıl ikinci çempionluğundan sonra klub əməkdaşlarına müraciət edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Paris klubunun rəhbəri böyük qürur hissi keçirdiyini bildirib:

“İlk qələbəmiz tarixi idi, ikincisi isə əfsanəvi oldu. Bu anda böyük qürur hissi keçirirəm. Klubun hər bir əməkdaşına təşəkkür edirəm. Çempionlar yalnız meydanda olmur. Bu uğur ümumi komanda işinin nəticəsidir”.

PSJ mayın 30-da Çempionlar Liqasının finalında “Arsenal”ı məğlub edərək, ardıcıl ikinci dəfə nüfuzlu turnirin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button