İsak: “Baş məşqçinin getməsi həmişə kədərlidir”

“Liverpul”un hücumçusu Aleksander İsak, baş məşqçi Arne Slotun qovulması ilə bağlı açıqlama verib. İngiltərə klubu mayın 30-da niderlandlı mütəxəssisin istefasını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İsak, keçmiş baş məşqçisinə uğurlar arzu edib:

“Hazırda İsveç millisindəyəm, ona görə də “Liverpul”la əlaqəm kəsilib. Amma baş məşqçinin getməsi həmişə kədərlidir. Adətən, işlər pis gedəndə ən çox əziyyət çəkən məşqçilər olur. Lakin dediyim kimi, nə baş verdiyini və ya nə baş verəcəyini çox bilmirəm. Slota yalnız uğurlar arzulaya bilərəm”.

Slotun yerinə “Bornmut”un keçmiş baş məşqçisi Andoni İraolanın gələcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button