
Dünyanın ən bahalı müdafiəçisi odur
“Arsenal”ın oyunçusu Vilyam Saliba dünya futbolunun ən bahalı mərkəz müdafiəçisi olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “transfermarkt” portalının yenilənmiş qiymətləndirməsində fransalı futbolçunun transfer dəyəri 100 milyon avroya çatdırılıb. Bununla da, Saliba bazar dəyəri 100 milyon avroya yüksələn ikinci mərkəz müdafiəçi kimi tarixə düşüb.
Bu göstəriciyə ilk dəfə 2019-cu ildə Vircil van Dayk nail olmuşdu. Hazırda “Liverpul”un kapitanı olan niderlandlı müdafiəçi həmin vaxt 100 milyon avro dəyərində qiymətləndirilmişdi.
Saliba ötən mövsüm “Arsenal”ın 22 illik fasilədən sonra yenidən İngiltərə Premyer Liqasının qalibi olmasında mühüm rol oynayıb. 25 yaşlı müdafiəçi baş məşqçi Mikel Artetanın rəhbərlik etdiyi komandada bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



